Azərbaycanı Məmmədquliyev təmsil edəcək

Azərbaycanı Məmmədquliyev təmsil edəcək
  19 İyun 2014    Oxunub:881
2014-cü ilin 19 iyun tarixində Bolqarıstanın Varna şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) üzv dövlətlərinin Xarici İşlər Nazirləri (XİN) Şurasının 30-cu görüşü keçiriləcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, XİN Şurasının 30-cu iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Görüş zamanı təşkilatın səmərəliliyinin daha da inkişaf etdirilməsi məqsədilə qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin yerinə yetirilməsinin hazırkı vəziyyəti, QDİƏT İşçi qruplarına ölkə əlaqələndiricilərinin təyin edilməsi, QDİƏT-də müşahidəçi statusunun uzadılması və QDİƏT-in Layihə İnkişaf Fondunun fəaliyyəti məsələləri müzakirə olunacaq.


Teqlər:





Xəbər lenti