Rövnəq Abdullayevdən telefon qadağası

AzVision.az APA-ya istinadən xəbər verir ki, SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin açıqlamasında bildirib ki, bu gün SOCAR beynəlxalq standartlara uyğun fəaliyyət göstərir və işini bu standartlara uyğun qurur.
O bildirib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən BP, “Statoil” kimi dünyanın tanınmış neft-qaz şirkətlərində mobil telefonunun istifadəsinə icazə verilmir:
“Bunu nəzərə alaraq “Azneft” İstehsalat Birliyi təhlükəsizlik şəraiti yaratmaq, istehsalatda baş verə biləcək bədbəxt hadisələri, yanğınların qarşısını almaq məqsədi ilə istehsalat sahələrində qığılcım törədə bilən əşyalardan, alışqandan, kibritdən və cihazlardan, mobil telefonlardan və foto aparatlardan istifadə edilməsini qadağan edib”.
Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində SOCAR-ın“Neft Daşları”nda çalışan işçilərinə telefondan istifadə etməyi qadağan edilməsi ilə bağlı yazılar dərc edilib. Belə ki, orada çalışan neftçilər bildirib ki, bu qadağaya səbəb isə “Neft Daşları” adasında işləyən fəhlələrin adada olan nöqsanları, fəhlələrin iş vaxtı təhlükəsizliklərinin təmin olunmamasını əks etdirən foto və videogörüntülərin bir neçə dəfə sosial şəbəkələrdə yerləşdirməsi və mətbuata ötürməsi olub. Bundan sonra fəhlələrə işə telefonla gəlmək qadağan edilib.
Teqlər: