Bakıya gələn ermənilərlə bağlı sərt bəyanat

Bəyanatda deyilir:
-Erməni nümayəndələr bu tədbirin tribunasından özlərinin sərsəm fikirlərinin, Dağlıq Qarabağda yaratdıqları qondarma rejimin təbliği üçün istifadə etməyə çalışdılar. Ermənilər bir daha beynəlxalq hüquq normalarına hörmət etmədiklərini, danışıqlar yolunu başa düşmək istəmədiklərini və saxta, yalançı mövqelərində qaldıqlarını nümayiş etdirdilər. Biz Azərbaycan nümayəndə heyətinin seminarda ermənilərə tutarlı cavab verdiklərini dəyərləndirir, lakin bunun üçün ermənilərin dəvət olunmasının, onlara çıxış etmək imkanının verilməsinin məqsədəuyğun olmadığını, əksinə, zərərinin daha çox olduğunu bir daha bildiririk.
Biz bir daha bildiririk ki, Azərbaycan ermənilərlə hansısa “tolerantlıq oyunu”na son qoymalı, onların Azərbaycanda keçirilən hər hansı tədbirə qatılmasına imkan verməməlidir. Beynəlxalq təşkilatlar da başa düşməlidirlər ki, Ermənistan işğalçı dövlət olduğuna, Azərbaycanın torpaqlarını işğal etdiyinə görə onun nümayəndələri Azərbaycanda keçirilən hər hansı tədbirə qatıla bilməzlər. Buna heç kəs hansısa rəng verməməli, “erməni fobiya” kimi dəyərləndirməməli, əksinə, düşmənə, işğalçıya münasibətdə normal yanaşma kimi qarşılamalıdır. Ermənistan işğalçı və təcəvüzkar dövlət olduğuna görə heç bir beynəlxalq tədbirə dəvət olunmamalı, bütün beynəlxalq təşkilatlardan çıxarılmalıdır.
Biz tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq bu dəfə erməni nümayəndələrinə qarşı kəskin addımlardan çəkindik və əsasən normal etiraz aksiyaları ilə kifayətləndik. Ümid edirik ki, beynəlxalq təşkilatlar və Azərbaycan hakimiyyəti bizim münasibətimizi düzgün başa düşəcək və biz növbəti dəfə radikal addımlara əl atmalı olmayacağıq.
Teqlər: