Azərbaycanlı “vor zakon” həbs edildi - FOTO

Azərbaycanlı “vor zakon” həbs edildi - FOTO
  19 İyun 2014    Oxunub:2305
Türkiyədə bir neçə gün öncə baş verən mafiya qarşıdurmasında polisi öldürən azərbaycanlı “vor-zakon” həbs edilib.
AzVision.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarının təşkil etdiyi əməliyyat nəticəsində azərbaycanlı “qanuni oğu” Mahir Şükürov Əsənyurd bölgəsində gizləndiyi evdə yaxalanıb.

O polis bölməsində dindirildikdən sonra xəstəxanaya aparılaraq tibbi yoxlanışdan keçirilib. Daha sonra məhkəmə qarşısına çıxarılan M.Şükürov barəsində həbsqətimkan tədbiri görülüb.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə mafiya qarşıdurması baş vermişdi. Rus və azərbaycanlı qrup arasında baş verən silahlı insidentdə bir polis şəhid olmuşdu. Onun 41 yaşlı Mahir Şükürov adlı azərbaycanlı tərəfindən vurulduğu bildirilirdi.

Mafiya qarşıdurmasında iştirak edən keçmiş polis Tufan Alpay (47), hadisədən sonra vəzifəsindən uzaqlaşdırılan Mustafa Türk (43), iki ayağından yaralanan Şaban Erdoğan (44), Faruk Barabakan (29), Yılmaz Bilmen (55), azərbaycanlılar - Ceyhun Əsgərov (39), Rövşən Əliyev (45), Elşən Babayev (31), Əli Müseyib Heydərov (33), Namiq Umudov (27), Miryazif Fəxrəddin (38), Qara Əliyev (30), Mehman Rahimov (41), ukraynalı Luka Asanedze (30), rusiyalı Nikolay Debjadze (32) saxlanılıb, daha sonra isə məhkəmənin qərarı ilə onlar sərbəst buraxılıblar.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti