Müsavatdan Rəsul Quliyevə ağır cavab

O vurğulayıb ki, Rəsul Quliyevin fikirləri Müsavat üçün heç bir əhəmiyyət kəsb etmir.
“O, gedib öz işləri ilə məşğul olsa daha yaxşı olar. Nəzərə alsın ki, onun yaratdığı partiyaları çox sədrlərin nüfuzuna və qohum-əqrəba dairəsinə önəm verildiyindən, yerlibazlıq əsasında formalaşmış partiya idi. Bu partiyalar da yoxa çıxdı. Ona görə də Rəsul bəyə məsləhət görürəm ki, Müsavata görə narahat olmasın, özünün yaratdığı və yaratmaq istədiyi təşkilatlara vaxt ayırsın”.
Qeyd edək ki, Rəsul Quliyev Müsavat partiyasının qurultay məsələsinə münasibət bildirərək bunu partiya rəhbərliyinin Müsavatın parçalanacağından qorxması kimi qiymətləndirib.
R.Quliyev Müsavatın qurultayını lətifəyə bənzədərək “gələcək nəsillər də qurultayı görə bilməyəcək” deyə partiyanı ələ salıb.
Fatimə Kərimli