İlyas İsmayılov: “Etimad özü bilər, yol açıqdır...”

İlyas İsmayılov: “Etimad özü bilər, yol açıqdır...”
  19 İyun 2014    Oxunub:1550
“Etimad İsmayılovun tutduğu vəzifədən istefa verməsi ilə bağlı bizə heç bir müraciət, ərizə daxil olmayıb”.
Bunu AzVision.az-a açıqlamasında Ədalət Partiyasının sədri İlyas İsmayılov oğlu Etimad İsmayılovun partiyanın sədr müavini vəzifəsindən istefa verməsi ilə bağlı yayılan mıəlumatlara aydınlıq gətirərkən deyib.

O vurğulayıb ki, bu barədə qərar vermək E.İsmayılovun öz işidir:

“Partiyaya gəlmək də, oradan getmək də könüllüdür. Əgər partiyadan gedirsə öz işidir, qalarsa yenə fəaliyyətini davam etdirər. Bizdə hələ dəqiq məlumat yoxdur, bu barədə yalnız jurnalistlər danışır”.

İ.İsmayılov bu məsələyə görə oğlu ilə əlaqə saxlamadığını qeyd edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti