“Ermənilərin Bakıya gəlməsi pis olmazdı” - Araz Əzimov

Apa-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Onun fikrincə, ermənilərin toplantıda iştirakı bir tərəfdən çox faydalı və vacib olub: “Onlar Bakıya gələrək nə isə görüblər, bəlkə nə isə anlayıblar. Getdikcə nə qədər fikir dönüşlərinə nail olsaq, o qədər yaxşıdır”.
A. Əzimov hesab edir ki, Ermənistanda fərqli düşünən insanların sayının artması vacibdir: “Hazırda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanda faşist konsepsiyası əsasında qurulmuş həmrəylik var. Amma bu həmrəylik qorxuya əsaslanır, burada başqa düşüncəyə yer yoxdur. Bu, mənfi haldır. Azərbaycanla sülh mühitində yaşamağı düşünən və bunun üçün nə etməliyik sualına cavab axtarmağa çalışan ermənilərin sayı artmalıdır. Buna görə, bir-iki erməni deputatın Bakıya gəlməsi, yeməsi, burada qalıb, burada baş verənləri görməsi məncə, pis olmaz".