Nigar Camal «X-Factor»un jurisi oldu

Nigar Camal «X-Factor»un jurisi oldu
  19 İyun 2014    Oxunub:1781
Türkiyənin ` D` telekanalında «X-Factor» istedadlar şousunun yeni sezonu başlayır.

AzVision.az türk mətbuatına istinadla xəbər verir ki, “Eurovision 2011” mahnı yarışmasının qalibi Nigar Camal “X-Factor”un 4 jürisindən biri seçilib.

Jürinin digər üzvləri türkiyəli müğənnilər Sərdar Ortaç, Sinan Akçil, və Atiyedir. Şounun yeni mövsümdə ilk efiri iyulun 2-de baş tutacaq.

Qeyd edək ki, The X Factor- Britaniyanın musiqili istedadlar şousu 2004-cü ilin sentyabrında prodüsser Saymon Koul tərəfindən yaradılıb. Şounun bir neçə ölkədə lisenziyalı analoqu yayımlanmaqdadır.

Səbinə Həsənova


Teqlər:





Xəbər lenti