Nazirlikdə 107 işçi olacaq - FƏRMAN

Nazirlikdə 107 işçi olacaq - FƏRMAN
  20 İyun 2014    Oxunub:1522
Prezident İlham Əliyev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəaliyyətinin təmin edilməsi və “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanının ləğv edilməsi haqqında fərman imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə” və nazirliyin strukturu təsdiq edilib.

Fərmanla Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aparatının işçilərinin say həddi 107 ştat vahidi, nazirliyin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işçilərinin say həddi 12 ştat vahidi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin işçilərinin say həddi 18 ştat vahidi müəyyən edilib.


Teqlər:  





Xəbər lenti