Bakıda polisi döydülər - VİDEO

Bakıda polisi döydülər - VİDEO
  20 İyun 2014    Oxunub:1045
Polislə vətəndaş arasında qarşıdurma yaranıb.
Bu gün saat 18:40 radələrində Yasamal rayonu, Hüseyn Cavid prospektində (Azərbaycan Texniki Universitetinin qarşısındakı magistral yol) YPX əməkdaşları ilə qaydanı pozan piyadalar arasında əlbəyaxa dava olub.

AzVision.az aznews.az-a istinadən xəbər verir ki, avtomobil yolunun qadağan olunmuş hissəsindən keçmək istəyən piyada YPX əməkdaşının xəbərdarlığına yumruq zərbəsi ilə cavab verib. Bundan sonra münaqişə böyüyüb, ətrafdakı vətəndaşlar davaya müdaxilə ediblər. Əraziyə əlavə polis qüvvəsi cəlb olunub. Uzun mübahisədən sonra YPX əməkdaşını yumruqlayan şəxs polis bölməsinə aparılıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti