`Azərbaycanda korrupsiyaya qarşı görülən işləri alqışlayırıq`

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi tərəqqi bank üçün çox sevindiricidir: "Biz Azərbaycan hökuməti ilə bir çox uğurlara, bir çox nailiyyətlərə imza atmışıq. Bu ilin 5 ayı ərzində birgə layihələrə yatırılan investisiyaların həcmi bütünlükdə 2013-cü ildəkindən çoxdur. Bununla belə, birgə layihələrimiz davam edir. AYİB Azərbaycanın son illər qazandığı iqtisadi uğurları yüksək qiymətləndirir. Ölkədə yoxsulluğun kəskin azaldılması istiqamətində mühüm işlər görülüb. İqtisadi islahatlar da öz müsbət nəticələrini verib. Bu sahədə qeyri-neft sahəsinin inkişafını xüsusi qeyd etmək istərdim".
O, qeyd edib ki, İqtisadiyyatın şaxələndirilməsi ilə əlaqədar Azərbaycan hökuməti ilə tərəfdaş olmaq bizim üçün çox xoş bir haldır: "Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması və korrupsiya ilə mübarizə sahəsində bütün səviyyələrdə görülən işləri alqışlayırıq. Bu sahədə də nəzərəçarpan nəticələr müşahidə olunur. Xüsusilə elektron hökumət və online hökumətin vasitələrinin yaradılması və onlardan istifadəni qeyd etmək istəyirəm. Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması və korrupsiya ilə mübarizə sahəsində bütün səviyyələrdə görülən işləri alqışlayırıq. Bu sahədə artıq nəzərəçarpan nəticələr əldə olunmaqdadır".