Arvad ərini odunla öldürdü

Arvad ərini odunla öldürdü
  20 İyun 2014    Oxunub:787
Quba rayonunda qətl hadisəsi baş verib.

Apa-nın şimal bürosunun verdiyi məlumata görə, Quba rayon sakini, 1960-cı il təvəllüdlü Zeynal Xanlarov həyat yoldaşı Gülnar tərəfindən qətlə yetirilib.

Qadın həyat yoldaşının başına odun parçası ilə zərbə vurub. Z.Xanlarov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Quba rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


Teqlər:  





Xəbər lenti