İDEA-dan gənclər üçün yay məktəbi

Tədbirdə çıxış edən IDEA-nın nümayəndəsi müasir dövrdə ətraf mühitin qorunmasının vacibliyini qeyd etmiş, layihənin məqsədi barədə məlumat verildi.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov çıxışında maarifləndirici yay məktəbinin artıq 5-ci ildir ki, təşkil edildiyini vurğuladı: O, qeyd etdi ki, indiyədək “Hər kağızı bir yarpağa dəyiş”, 15 ali təhsil müəssisəsi arasında “Bakı Debat Forumu” – “Yaşıl Düşüncə Kuboku-2012”, Qobustanda “Yaşıl Enerji Düşərgəsi”, ağacəkmə və bir neçə başqa ekoloji layihələr həyata keçirilib.
“Təmiz Şəhər Naminə” Yay Məktəbinin 60 gənc iştirakçısı 5 gün ərzində (22-26 iyul) yaşıl iqtisadiyyat və biznes planlama üzrə təlimlərdə iştirak edəcək, komandalara bölünərək işgüzar oyun formatında biznes ideyalarını formalaşdırıb öz aralarında ən yaxşı yaşıl biznes ideyanı müəyyən edəcəklər. Yay Məktəbindən sonra gənclərə ideyalarını reallaşdırmaq üçün köməklik göstəriləcək.
Yay Məktəbində iştirak etmək istəyənlər üçün artıq sənəd qəbulu elan edilib. Gənclər yaymektebi.tamizshahar.az saytındakı ərizə formasını 5 iyula qədər doldurmalıdırlar. Namizədlər siyahısına düşən şəxslər müsahibəyə dəvət oluancaqlar. İştirakçıların bütün xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.
Yay Məktəbi “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.