Spikerdən Zahid Oruca: “Danışmasan, yata bilməzsən”

Spikerdən Zahid Oruca: “Danışmasan, yata bilməzsən”
  20 İyun 2014    Oxunub:1006
Parlamentin iyunun 20-də keçirilən iclasında cari məsələlərin müzakirəsinə 40 dəqiqəyə yaxın vaxt ayrılıb.
Spiker Oqtay Əsədov cari məsələlərin müzakirəsindən gündəliyə keçmək istəyərkən deputat Zahid Oruc söz almaq istəyib.

AzVision.az xəbər verir ki, bu zaman spiker deputata “sən danışmasan gecə yata bilməzsən” deyərək Zahid Oruca söz verib.

Zahid Oruc isə “Çağ Öyrətim” məktəblərinin bağlanmasından danışıb. “Yəqin bilirsiniz ki, o məktəblərdə oxuyan uşaqlar heç də imkansız ailələrin uşaqları deyil, sizin, mənim kimi vəzifəlilərin övladlarıdır:

“Orda yaxşı təhsil verilirdi. Kifayət qədər uğurları var idi. Azərbaycanı təmsil edirdi. Orda təhsil alanlar kifayət qədər təhsilli uşaqlardır. Buna görə də gələcəkdə vəzifə kariyerlarında bu məktəblərdə oxuduqlarına görə maneələrlə üzləşməməlidirlər. Azərbaycan dövləti təhsil müəssisələrinin bağlanmasında deyil, inkişafında maraqlıdır. Bu qərar Azərbaycana lazım deyildi. Əgər belə bir qəbul edilibsə yəqin geniş izahı veriləcək”

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti