Hava pisləşəcək

Bakı və Abşeron yarımadasında iyunun 21-də hava şəraiti dəyişkən buludlu olacaq, əsas yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 30-35 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində iyunun 21-də hava əsasən yağmursuz olacaq, qərb küləyi əsəcək, dağlıq və dağəətəyi rayonlarda külək güclənəcək.