“Aqil Abbas yeni tapança aldı...”

“Mətbuatda bəzi hərbi məsələrinin yayılmasının qarşısı alınmalıdır. Amma senzura tətbiq olunmamalıdır. İŞİD-lə bağlı məlumatların Türkiyə mətbuatında yayılması ilə bağlı qanun qəbul edildi. Hərbi məhsullarımız barəsində dövlət nə deyirsə, biz onu mətbuata çıxarmalıyıq. Yoxsa Aqil Abbas yeni bir tapança aldı. Onu mətbuatda yazmaq lazım deyil”.
Millət vəkili dövlət sirrini yayanlar barədə də danışıb: “Dövlət sirrini öyrənmək istəyən şəxsin məqsədi öyrənilməlidir Daha sonra o arxivdən dövlət sirrini öyrənə bilər. MTN-ə gedib mən dövlət sirini öyrənmək istəyirəm demək düzgün deyil”
Millət vəkili Fəzail Ağamalı müdafiə naziri Zakir Həsənovla bağlı mətbuatda yayılan xəbərlərlərlə bağlı danışıb: “Zakir Həsənovla bağlı mətbuatda dezinformasiya yayıldı. Müdafiə Nazirliyi həmin məlumatı yayan KİV-in üstünə niyə getmədi? Niyə həmin KİV-i məhkəməyə vermədi?”-deyə, deputat əlavə edib.
Sevinc İltifatqızı
AzVision.az