23 min 675 şagird imtahandan “2” aldı

23 min 675 şagird imtahandan “2” aldı
  20 İyun 2014    Oxunub:1066
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də keçirilmiş növbəti buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb.
AzVision.az xəbər verir ki, TQDK-nın mətbuat xidmətindən apa-ya verilən məlumata görə, iyunun 18-də IX və XI sinif şagirdlər üçün keçirilən buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alıblar.

Buraxılış imtahanında 22132 IX sinif şagirdi iştirak edib. Onlardan 941-i “Ana dili”, 1826-sı isə “Riyaziyyat” fənnindən “5 qiyməti alıb. Şagirdlərin 2872-nin “Ana dili”, 3139-nun “Riyaziyyat” fənnindən qiyməti “4”, 11240-nın “Ana dili”, 8454-nün “Riyaziyyat” fənnindən qiyməti “3”, 7079-nun “Ana dili”, 8713-nün isə “Riyaziyyat” fənnindən qiyməti “2” olub.

İyunun 18-də 11 illik təhsil bazasında keçirilmiş buraxılış imtahanın nəticələrinə dair statistik məlumatlara gəlincə, imtahanlarda 15475 XI sinif şagirdi iştirak edib. Onlardan da 2135-i “Ana dili” 1973-ü “Riyaziyyat” fənnindən “5”, 3206-sı “Ana dili”, 3473-ü “Riyaziyyat” fənnindən “4”, 6694-ü “Ana dili”, 5586-sı “Riyaziyyat” fənnindən “3”, 3440-ı “Ana dili”, 4443-ü isə “Riyaziyyat” fənnindən “2” qiyməti alıb.

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçiriblər. Həmin gün Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri də buraxılış imtahanı veriblər.




Teqlər:  





Xəbər lenti