DİN-dən tutulan vəhabilərlə bağlı AÇIQLAMA

DİN-dən tutulan vəhabilərlə bağlı AÇIQLAMA
  20 İyun 2014    Oxunub:880
Daxili İşlər Nazirliyi Bakının Səbail rayonu Badamdar qəsəbəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində vəhhabi təriqətinə məxsus 20 şəxsin tutulmasından xəbərsizdir.
Bu barədə AzVision.az saytına nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, belə bir əməliyyatın keçirilməsi haqda nazirliyə məlumat daxil olmayıb.

Qeyd edək ki, AzNews.az-ın yaydığı xəbərə görə, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Bakının Səbail rayonu Badamdar qəsəbəsində əməliyyat keçirir. Hüquq-mühafizə orqanlarının əməkdaşları saat 14.00 radələrində Səbail rayonu Badamdar qəsəbəsi, 11-ci Badamdar küçəsi ərazisində evlərin birində əməliyyat-axtarış tədbirlərinə başlayıblar. İlkin xəbərə əsasən əməliyyat zamanı radikal vəhhabi təriqətinə mənsub 20-yə yaxın şəxs saxlanılıb. Hazırda şübhəli vəhhabilərin toplaşdığı tikilidə axtarış tədbirləri davam etdirilir. Vəhhabilərin toplaşdığı məkandan çoxlu sayda qadağan olunmuş əşya və nəşrlərin götürüldüyü də xəbərlər sırasındadır. Ərazi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti