Azərbaycanlı alimi maşın vurub öldürdü

Azərbaycanlı alimi maşın vurub öldürdü
  21 İyun 2014    Oxunub:698
Ötən gün axşam saatlarında Gəncədə alim, ictimai elm xadimi faciəvi şəkildə ölüb.
AzVision.az anspress-ə istinadən xəbər verir ki, Gəncə Regional Elmi Mərkəzinin direktor müavini Samir Pişnamazzadə yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub.

Hadisə elm xadiminin evinin qarşısında, İsmət Qaibov küçəsində baş verib. Samir Pişnamazzadə avtomobil tərəfindən vurulduqdan sonra, ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Teqlər:





Xəbər lenti