67 yaşlı qadın xilas edildi

67 yaşlı qadın xilas edildi
  21 İyun 2014    Oxunub:1122
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində mənzildə bağlı qapı arxasında 1947-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

Mənzildə aşkarlanmış vətəndaş aidiyyəti üzrə təhvil verilib.


Teqlər:





Xəbər lenti