Ağdaşda 3 tona yaxın çətənə kolu məhv edilib

Rayonun Mürsəl kəndində su arxının kənarından yabanı halda bitən külli miqdarda narkotik xassəli çətənə kolları aşkar edilib. Ümumilikdə 2.5 hektar ərazidə aşkar olunan və ümumi çəkisi 2 ton 820 kiloqram olan 4670 ədəd çətənə kolu kökündən çıxarılaraq yandırılaraq məhv edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.