Sumqayıtda ailə faciəsi: azyaşlı yıxılıb öldü

Sumqayıtda ailə faciəsi: azyaşlı yıxılıb öldü
  22 İyun 2014    Oxunub:822
Sumqayıtda bədbəxt hadisə baş verib.
AzVision.az xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsindən “AzərTAc”a verilən məlumata görə, hadisə 18-ci məhəllədə yerləşən 3 nömrəli yataqxanada qeydə alınıb. Şəhər sakini, 2012-ci il təvəllüdlü Əli Qasımov ehtiyatsızlıqdan yaşadığı mənzilin üçüncü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti