Qeyd edək ki, "Milan Expo 2015" sərgisi 2015-ci il mayın 1-dən oktyabrın 31-dək 1,7 mln. kvadratmetr ərazidə təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən 30 milyonadək qonağın iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu sərgidə məqsəd sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir.
Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" adlı "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq. (buro247.az)





