Zaur Hüseynovdan yeni təyinat

Zaur Hüseynovdan yeni təyinat
  22 İyun 2014    Oxunub:978
“Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov növbəti dəyişiklik barədə müvafiq əmr imzalayıb.
Metropolitenin rəhbəri yeni ştat vahidi yaradaraq növbəti kadr təyinatı edib.
"Bakı Metropoliteni”QSC-dən modern.az saytına verilən açıqlamada bildirilib ki, metropolitendə kadrlar şöbəsinin rəis müavini ştatı açılıb. QSC sədrinin əmrinə əsasən, Azər Əbülfət oğlu İsmayılov "Bakı Metropoliteni”ndə kadrlar şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.


Teqlər:  





Xəbər lenti