Küləyin fəsadı: 15 nəfər təxliyyə olundu

Küləyin fəsadı: 15 nəfər təxliyyə olundu
  22 İyun 2014    Oxunub:958
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının tavanı uçub.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Xilasetmə əməliyyatı təkrar uçqun təhlükəsi ehtimal olunan ərazidə keçirildiyinə görə, 15 nəfər bina sakini təxliyyə olunub. Əməliyyat saat 14:00-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti