Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
AzVision.az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə damdan enərək içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:24-də başa çatıb.