Ətin qiyməti ucuzlaşıb

Ətin qiyməti ucuzlaşıb
  23 İyun 2014    Oxunub:1023
2014-cü ilin may ayında ərzaq məhsullarının qiymətləri 1,9 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının və əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri əvvəlki ayla eyni səviyyədə qalıb.
Ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,8 faiz ucuzlaşıb.

AzVision.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən (DSK) bildirilib ki, ay ərzində buğda ununun, qarabaşaq yarmasının, mal və toyuq ətinin, balıq və balıq məhsullarının, pasterizə olunmamış üzlü südün, qatığın, şorun, yumurtanın, bananın, pomidorun, kartofun və digər məhsulların qiymətlərində ucuzlaşma müşahidə olunub.


Teqlər:





Xəbər lenti