Ermənilər azərbaycanlını yaraladı

Ermənilər azərbaycanlını yaraladı
  23 İyun 2014    Oxunub:933
Erməni silahlıları Tərtərin Qafanlı kəndinin sakinini yaralayıb.
AzVision.az “ans press”ə istinadən xəbər verir ki, kənd sakini Əliyev Namiq Nofəl oğlu həyətyanı sahəsində işləyərkən ermənilər tərəfindən vurulub.

Yaralı Tərtər rayon xəstəxanasına çatdırılıb. İlkin məlumatlara görə, Namiq Əliyev ayağından yaralanıb.

Qeyd edək ki, Qafanlı kəndi qoşunların təmas xəttinin yaxınlığında yerləşir. Erməni yaraqlıları kəndi mütəmadi olaraq atəş altında saxlayır.


Teqlər:





Xəbər lenti