Küləyin fəsadı: 5 nəfər xəsarət aldı

AzVision.az ANS-ə istinadən xəbər verir ki, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi 115-də tikilməkdə olan hündürmərtəbəli binadan tikinti materiallarının həyət evlərinə düşməsi nəticəsində mənzillərə ciddi ziyan dəyib. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Hadisə nəticəsində bu evlər yaşayış üçün yararsız vəziyyətə düşüb. Hazırda burada yaşayan bütün sakinlər təxliyyə olunub.
Xəsarət alan sakinlərə dərhal Bakı Şəhər Təcilli Tibbi Yardım stansiyanın həkimləri tərəfindən ilkin yardım edilib. Sakinlər baş verənlərdən sonra hələ də qorxu içərisindədirlər.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici xidməti tərəfindən ərazi nəzarətə götürülüb. Təhlükənin hələ də mövcud olduğunu nəzərə alaraq sakinlər əraziyə buraxılmır. Yasamal Rayonu İcra Hakimiyyəti ziyan çəkən ailələrə yardım edilməsi və onların yaşayışının təmin olunması üçün iş aparır.
Yasamal rayon icra hakimiyyəti başçısının müavini Səməd İslamovun sözlərinə görə, hündürmərtəbəli binada təhlükəsizlik qaydalarına əməl edilməməsi ciddi şəkildə araşdırılacaq.