İmişli rayonu, Sarıxanlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 104 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, yaxınlıqda olan tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.