Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı
  23 İyun 2014    Oxunub:987
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub ki, Suraxanı rayonunda 1938-ci il təvəllüdlü Elmira Əbdülrəhman qızı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

AzVision.az FHN-in saytına istinadın verdiyi xəbərə görə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərənin dəmir barmaqlıqlarını kəsərək daxil olublar.
Mənzilə baxış keçirilərkən E.Əbdülrəhman qızı huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılıb ilkin müayinə nəticəsində E.Əbdülrəhman qızının vəfat etdiyi müəyyən olunub.


Teqlər:  





Xəbər lenti