Arif Vəliyev dünyasını dəyişdi

Arif Vəliyev dünyasını dəyişdi
  23 İyun 2014    Oxunub:1163
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, məlumatı Trend-ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər. Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Onun dəfni bu gün baş tutacaq.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.
1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.


Teqlər:





Xəbər lenti