AYB-dən erməni yazıçının təklifinə cavab

“Bu onun öz millətinə, dövlətinə qarşı təhdid xarakterli bəyanatlardır. Azərbaycan Yazıçılar Birliyi belə sıradan olan bəyanatları müzakirə etmir və bununla bağlı fikir bildirmək belə istəmir. Ümumiyyətlə hər hansısa erməni Azərbaycan Yazıçılar Birliyinə üzv olmaq istəsə birinci növbədə işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Ermənilər Azərbaycanın halal torpaqlarından geri çəkilməlidirlər. Və işğalçılıq siyasətindən əl çəkməlidirlər. Ondan sonra bu məsələyə baxıla bilər. Düşünürəm ki, bu mənim şəxsi mövqeyimdi və Yazıçılar Birliyinin rəhbərinin mövqeyi də tam belə olar”-deyə X.Rza vurğulayıb.
Qeyd edək ki, erməni yazıçıp Lyubik Çibuxçyan Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etmək niyyətində olduğunu deyib.
“Məni qəsdən elə həddə çatdırırlar ki, qoy mən özüm könüllü şəkildə Birliyi tərk edim. Mən bunu etməsəm belə, onsuz da, onlar bunu mənim əvəzimə edəcəklər. Lakin mən Azərbaycan Yazıçılar Birliyinin üzvü olmaq üçün bu quruma müraciət etməyə qərar vermişəm. Mən bu addımı atmaq istəmirdim, məni buna məcbur edirlər. Yazıçı həmişə yazıçı olaraq qalır, onun axı başqa məsələlərə nə aidiyyatı var?”.
Mirvari Nəcəf
Teqlər: