Akif Nağı erməniləri yumruqla hədələdi

Akif Nağı erməniləri yumruqla hədələdi
  23 İyun 2014    Oxunub:1086
“Mən qabaqcadan nəsə deyib onları qorxutmaq istəmirəm, amma ermənilər gələndə bizim yumruğumuzu və gücümüzü görəcəklər. Ermənilər Bakıya gəldiklərinə çox peşman olacaqlar”.
Bunu AzVision.az-a Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı erməni deputatların yenidən Bakıya gəlməsinə münasibət bildirərkən deyib.

QAT sədri vurğulayıb ki, erməni deputatlar Azərbaycana gəldikləri üçün peşman olacaqlar.

“Təəssüf ki, onların səfərinə Azərbaycanda dırnaqarası dözümlülük, tolerantlıq göstərilir. Ötən dəfə də, yəni bir neçə gün öncə əvvəl NATO-nun Parlament Assambleyasının tədbirinə gəlmişdilər. Biz aksiyalar keçirtdik, etirazımızı bildirik, öz mövqeyimizi dedik. Amma bu yumşaq tərzdə idi.

Amma biz Azərbaycan cəmiyyətinə göstərmək istədik ki, Qarabağ Azadlıq Təşkilatı təsadüfən ermənilərin buraya gəlməsinə qarşı çıxmır, bu kiminnə şıltaqlığı deyil. Biz bunun mahiyyətini başa düşürük ki, onlar bu cür səfərlərdən öz mövqeləri üçün, beynəlxaq təşkilatlarda yalnış təəssürat yaratmaq üçün istifadə edirlər. Guya Azərbaycan-Ermənistan problemi yoxdur, oturub sakit müzakirə edə bilərlər”.

Erməni deputatların Bakı Bulvarında gəzməi QAT sədrini əsəbiləşdirib.
“Bakıda dənizkənarı parkda gəzə bilər, şəkil çəkdirə bilərlər. Onların kadarları yayılıb ki, restoranda yeyib-içirlər və Arsaxın müstəqiliyyi şərəfinə badə qaldırırlar. Erməni ancaq zərbə və güclə başa düşür. Ona görə də, onlar davamlı şəkildə buraya gəlmək istəyirlər”.

Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyasının iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcəcək iclasında Ermənistan parlamentinin üzvlərindən ibarət nümayəndə heyəti də iştirak edəcək. Nümayəndə heyəti Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan, deputatlar Stepan Dəmirçyan, Stepan Marqaryan və Levon Doxolyandan ibarətdir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti