Habil Əliyev YAP-çı deputatla zarafat etdi

Habil Əliyev YAP-çı deputatla zarafat etdi
  23 İyun 2014    Oxunub:1083
Millət vəkili Aydın Mirzəzadə Azərbaycanın Xalq artisti, görkəmli kaman ustası Habil Əliyevin səhhəti ilə maraqlanıb.
AzVision.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib.

H.Əliyevin səhhətinin yaxşı olduğunu deyən deputatın sözlərinə görə, kaman ustası onunla zarafat edib.

“Dəyərli kaman ustamız Habil müəllim Əliyevlə telefonla danışdım. Evlərinə zəng çaldım, özü və xanımı ilə danışdım. Habil müəllimin səsində əvvəlki gumrahlıq var idi. Hamının ona diqqətindən razı qaldığını bildirdi. Müalicəsi uğurla davam etdirilir. Zarafatından qalmırdı, keçmiş xatirələrdən danışdı.

Onu bütün Azərbaycanın sevdiyini, xalqımızın fəxarəti olduğunu bildirdim. Özündən muğayat olmağı, bizlərə uzunömürlülük nümunəsi göstərməyi xahiş etdim”.

AzVision.az


Teqlər:  





Xəbər lenti