Cırılan bayrağa görə rəsmi AÇIQLAMA

Cırılan bayrağa görə rəsmi AÇIQLAMA
  23 İyun 2014    Oxunub:1047
Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi Azərbaycan bayrağının endirilməsi ilə bağlı rəsmi məlumat yayıb.

İdarədən AzVision.az-a verilən məlumata görə, texniki göstəricilərə görə Dövlət Bayrağı küləyin sürəti saniyədə 28 metrə çatana qədər dirəkdə saxlanıla bilir.

Dünənə olan hava proqnozunda küləyin güclü olacağı bildirilsə də, onun saniyədə 30-35 metrə çatacağı barədə heç bir məlumat olmayıb.

Küləyin sürətinin qəflətən qısa müddət ərzində kəskin artdığını görərək, bayrağın endirilməsinə qərar verilib. Bayrağın endirilməsi prosesi 17 dəqiqə vaxt tələb edir. Çəkisi 350 kq, sahəsi 2450 kvadrat metr olan bayraq endirilərkən küləyin güclü təzyiqinə (saniyədə 33 m) tab gətirməyib. Küləyin sürəti aşağı enən kimi Dövlət Bayrağı yenidən qaldırılacaq.

Qeyd edilib ki, hündürlüyü 162 metr olan bayraq dirəyi üçün texniki göstəricilərə görə külək heç bir təhlükə yaratmır.


Teqlər:  





Xəbər lenti