Ziya Məmmədova yollardan şikayət

Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda Tovuz ilə yanaşı, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar da iştirak ediblər.
Müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı problemlərin araşdırılması və həll edilməsi, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olub.
Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılaraq həll olunması üçün nəzarətə götürülüb. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.