ANS-dən ağır cavab: “Akif Nağı kimdir, nə...”

ANS-dən ağır cavab: “Akif Nağı kimdir, nə...”
  23 İyun 2014    Oxunub:3639
“Akif Nağı deyir qoy desin. Mən 5 il cəbhədə olmuşam, 5 il cəbhədən çıxmamışam. Akif Nağı kimdir, nə zibildir haqqında belə sözlər danışır”.
AzVision.az-a açıqlamasında bu sözləri ANS prezidentin media üzrə müşaviri Mais Məmmədov Qarabağ Azadlıq Təşkilatının onun barəsində yaydığı məlumatlara münasibət bildirərkən deyib.

Qəzəblə tonda QAT-a cavab verən M.Məmmədov bildirib ki, hamı onu yaxşı tanıyır.

“Qarabağ kimindir? Bizim. Akif Nağı azərbayacanlı deyil? Azərbaycanlıdır. Azərbaycan tolerant ölkədir, sivil cəmiyyətdə biz yaşayırıq. Akif Nağı deyir qoy desin. Mən 5 il cəbhədə olmuşam, 5 il cəbhədən çıxmamışam. Məni hamı yaxşı tanıyır. Akif Nağı kimdir, nə zibildir. Nə düşmüsünüz ki, Akif nağı elə dedi, Akif nağı belə dedi. Qoy danışsın”.

Qeyd edək ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) ANS ÇM radiosunun efirində erməni mahnılarının səsləndirilməsinə yenidən etiraz edib. Təşkilat Mais Məmmədov haqqında ciddi ittihamlar səsləndirib. Bildirib ki, Mais Məmmədovun anası ermənidir və bacısı Şövkət Məmədova isə erməni Artyom Qriqoryantsa ailə qurmuşdu.

AzVision.az


Teqlər:  





Xəbər lenti