Ramil Usubov yeni kadrlar seçir

Ramil Usubov yeni kadrlar seçir
  24 İyun 2014    Oxunub:1302
Polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayon sakinləri iyunun 28-də saat 13.00-da Quba Rayon Polis Şöbəsində Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov tərəfindən qəbul ediləcəklər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Boyu 180 santimetrdən aşağı olan vətəndaşlar işlə təmin olunmaları ilə əlaqədar qəbul edilməyəcəklər.


Teqlər:  





Xəbər lenti