Gənc fəal NİDA və AXCP-dən imtina etdi - TAM MƏTN

 Gənc fəal NİDA və AXCP-dən imtina etdi - TAM MƏTN
  24 İyun 2014    Oxunub:1324
Həbsdə olan gənc fəal NİDA və AXCP-dən üz döndərdi
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, “Azadlıq” qəzetinin baş redaktoruna, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Əli Kərimliyə, NİDA vətəndaş cəmiyyətinə və Azərbaycan Respublikası Mətbuat Şurasına müraciət edib.

Bu barədə AzVision.az-a Penitensiar Xidmətdən bildirilib. Müaciətində E.Mürsəliyev NİDA hərəkatından və AXCP sıralarından çıxdığını bəyan edib.

Müraciətləri olduğu kimi təqdim edirik:

”Mən Mürsəlli Elsevər Nəsrəddin oğlu 24.12.1994-cü il təvəllüdlü, tutduğum cinayət əməlimə görə məsuliyyətə cəlb edilmişəm. Nida vətəndaş təşkilatından və AXCP-nin üzvlüyündən imtina etməyimi bəyan edirəm. “Azadlıq “ qəzetində “vicdan məhbusları” adlandırılan siyahıdan şəklimin çıxarılmağını tələb edirəm. Gənc olduğum üçün cənab Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab Prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm. Bu mənim şəxsi düşüncəmdən irəli gələn bir müraciətdir.

İmza: Mürsəlli E.N.”.

AzVision.az


Teqlər:  





Xəbər lenti