Azərbaycanlı deputat Ermənistanı biabır etdi

Ermənistanın 20 ildir Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etdiyini vurğulayan millət Q.Paşayeva "AŞ PA bütün haqları Ermənistan tərəfindən pozulan və öz evlərinə dönə bilməyən azərbaycanlı məcburi köçkünlərin səsini duymalı və Ermənistana qarşı sərt mövqe nümayiş etdirməlidir" deyib:
"Ermənistan silahlı qüvvələri Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü pozub və artıq 20 ildən artıqdır ki, torpaqların bir hissəsini işğal altında saxlayır və BMT Təhlükəsizlik Şurası və Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul edilmiş qətnamələrə məhəl qoymur, bu gün də onlar Azərbaycanın işğal edilmiş torpaqlarını tərk etmir, 100 minlərlə məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan vermir və snayperləri mülki şəxsləri atəşə tutmaqda davam edirlər. Cəbhə bölgəsində yaşayanlar sizdən AŞ PA-nın 1416 saylı qətnaməsinin yerinə yetirilməsini gözləyirlər. Biz Assambleyanı bu məsələni ciddi müzakirə etməyə və bu istiqamətdə səylərini sürətləndirməyə çağırırıq. Mən 1 milyon qaçqın və məcburi köçkün adından deyirəm ki, onlar 20 ildir ki, öz doğma torpaqlarına və evlərinə dönə bilmirlər və bu, Avropa zonasında insan haqlarının ən böyük pozuntusudur. AŞ PA Avropa Şurası üzv dövlətlərindən birinin ərazisinin digər üzvü tərəfindən uzunmüddətli işğalı faktına laqeyd yanaşmamalı və bu məsələlərə ciddi yanaşmalıdır. AŞ PA-da bu məsələ ilə bağlı son müzakirələrin nə vaxt aparıldığını yada salaq. Bu məsələ ilə bağlı apardığımız müzakirələrin tarixini xatırlayaq, təəssüflər olsun ki, mən xatırlaya bilmirəm. AŞ PA-nın qeyd edilən qətnaməsi bəyan edir ki, Ermənistan Azərbaycan torpaqlarını tərk etməli və azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma evlərinə dönmələrinə imkan verməlidir. Bu qətnamənin qəbulundan 9 il keçməsinə baxmayaraq, Ermənistan onu yerinə yetirməkdən imtina edir. Azərbaycanlı qaçqın və məcburi köçkünlər sizdən səylərinizi daha da artırmanızı gözləyirlər. Sadəcə müzakirələr aparmaq və sənədlər qəbul etmək kifayət deyil. Bu adamlar sizi qəbul etdiyiniz qətnamələrin və sənədlərin yerinə yetirilməsi üzərində ciddi nəzarət həyata keçirməyə, daha effektiv mexanizmləri tətbiq etməyə və onların pozulmuş hüquqlarını müdafiə etməyə və bu məsələ ilə bağlı müzakirələr aparmağa çağırırlar. Mən Assambleyanı bu insanların səsini duymağa və 1416 saylı qətnamənin yerinə yetirilməsi üçün öz təsir və təzyiq mexanizmlərini gücləndirməyə çağırıram".
Teqlər: