Metropolitendən sərnişinlərə müraciət

Onun sözlərinə görə, metro yay qrafikinə keçdiyi üçün 3 eskalatordan biri təmirə dayanıb: “Yay qrafiki ilə əlaqədar həmin stansiyadakı eskalatorlardan biri təmirə dayanıb. Bununla da bağlı elan yerləşdirilib. Onu qeyd edim ki, “Elmlər Akademiyası” ən güclü stansiyalardan biridir. Sadəcə eskalator təmirə dayanıb və bu nəzərə alınmalıdır”.
Qeyd edək ki, mətbuatda yayılan xəbərə görə, bu gün “Bakı Metropoliteni” QSC-nin “Elmlər Akademiyası” stansiyasında baş verən hadisə sərnişinləri təşvişə salıb. Təşvişə səbəb “Elmlər Akademiyası” stansiyasının birdən-birə eskalatorunun işləməməsi olub. Nəticədə stansiyada dəhşətli sıxlıq yaranıb. Sıxlıq 1 saata yaxın müddətdə davam edib.
Sevinc İltifatqızı
Teqlər: