Milli Məclis ayın 27-də tətilə çıxır - Gündəlik

Milli Məclis ayın 27-də tətilə çıxır - Gündəlik
  24 İyun 2014    Oxunub:838
Milli Məclisin növbədənkənar son iclasının tarixi və gündəliyi açıqlanıb.
MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu AzVision.az-a bildirib ki, sonuncu iclas iyunun 27-də keçiriləcək.

Eyni zamanda iclasın gündəliyi də məlum olub:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə);

2. Azərbaycan Respublikasının Əlcəzair Demokratik Respublikasında Əlcəzair şəhərində səfirliyinin təsis edilməsi ilə bağlı sənəd;

3. Azərbaycan Respublikası hökuməti ilə Fransa Respublikası hökuməti arasında "Bakı- fransız liseyinin yaradılması və fəaliyyəti haqqında" sazişin təsdiq edilməsi;

4. Azərbaycan Respbulikasının Şəhərsalma və tikinti Məcəlləsində dəyişiklik;

5. "Xaçmaz rayonunun Niyəzoba kəndinin Niyəzabab kəndi adlandırılması haqqında" qanun layihəsi;

6. "Balıqçılıq haqqında" qanuna dəyişiklik edilməsi;

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti