Buraxılış imtahanları başa çatdı

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, gün ərzində imtahan mərkəzləri ilə müntəzəm əlaqə saxlanıb və imtahan prosesinin gedişinə nəzarət olunub.
Sabahdan başlayaraq Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, nəticələrin elan olunmasına dair ilkin məlumatlar TQDK-bıb səhifəsində veriləcək.