Peskov: Makron ən radikal mövqelərdən çıxış edir

  Peskov:  Makron ən radikal mövqelərdən çıxış edir
  28 Mart 2024    Oxunub:886
Fransa prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək zərurəti ilə bağlı Avropa isteblişmentində ən radikal mövqelərdən çıxış edir və Kreml bu ritorikanı izləyir.
Bu barədə jurnalistlərə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Avropa siyasi isteblişmentində fərqli baxışları görürük. Eyni zamanda, görürük ki, indiki halda ən radikal mövqe Ukraynaya xarici hərbi kontingentlərin göndərilməsinin zəruriliyi ilə bağlı müzakirələrin təşəbbüskarı olan prezident Makrondur. Bu ritorikanı diqqətlə izləyirik”, - deyə o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti