Qazaxda çay daşıb: Torpaq sahələri və kafelər suyun altında qalıb

      Qazaxda çay daşıb:    Torpaq sahələri və kafelər suyun altında qalıb
  26 May 2024    Oxunub:1093
Qazaxda son günlər yağan yağışlardan sonra çay daşıb.
APA xəbər verir ki, Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb.

Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarını su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.

Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.







AzVision.az


Teqlər:





Xəbər lenti