Trampın komandası Zelenskiyə Rusiya ilə danışıqlar aparmağı əmr edib |
Xüsusilə, rəsmi Berlin Trampın prezidentliyi dövründə Vaşinqtonun bəzi “təhlükəsizlik zəmanətlərini” geri götürə və Almaniyanı daha çətin vəziyyətə gətirə biləcəyindən xeyli narahatdır.
"Məhz bu səbəbdən Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin nümayəndələri, siyasətin planlaşdırılması şəbəkəsinin əməkdaşları, transatlantik əməkdaşlıq koordinatorunun ofisi və Almaniyanın Vaşinqtondakı səfirliyi qeyri-rəsmi "böhran qrupu” yaradıblar. Bu qrup Trampın qalib gələcəyi təqdirdə sonrakı proseslərə necə cavab veriləcəyini müəyyən etməlidir",- müəllif yazıb.
Xatırladaq ki, dünən ABŞ prezidenti Cozef Bayden noyabrda keçiriləcək prezident seçkilərində yenidən namizəd olmaq niyyətində olmadığını bildirib. O, bu barədə X-də (keçmiş Twitter-red.) bəyanat yayıb.
Tural Tağıyev
AzVision.az