AzVision.az xəbər verir ki, bu barədə yerli media yazıb. Araşdırmaçı jurnalist Oskan Sarkisyan Mamul nəşrinə açıqlamasında deyib ki, ermənilər artıq köç etməkdən beziblər.
“Noyemberyan icmasının sərhədyanı Voskepar kəndində olarkən öyrəndim ki, bəzi sərhəd ərazilərinin Azərbaycana təhvil verilməsindən sonra 5 ailə Voskeparı tərk edib. Bu ailələrdən 3-ü ötən il Qarabağdan köçərək Voskeparda məskunlaşmışdı. İndi isə Armavir marzının Amasiya kəndinə göndəriliblər. Voskepardan çıxan iki ailədən biri Rusiyaya, digəri isə İrəvana köçüb. Amma bu ailələr daha uzaq bir yerə, xarici ölkəyə köçmək niyyətindədir”, - erməni jurnalist deyib.
Qeyd edək ki, Oskan Sarkisyan tez-tez qalmaqallı
açıqlamaları və yazıları ilə diqqət çəkir.
Tural Tağıyev
AzVision.az