Tramp: "Kiyev Rusiyaya güzəştə getməli idi"

      Tramp:    "Kiyev Rusiyaya güzəştə getməli idi"
  26 Sentyabr 2024    Oxunub:993
"Ukrayna 2021-ci ilin sonunda müharibənin başlamasına bir neçə ay qalmış Rusiyaya güzəştə getməli idi".
AzVision.az Associated Press-ə istinadən xəbər verir ki, bunu ABŞ-nin keçmiş rəhbəri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada çıxışı zamanı deyib.

Peskov Zelenskinin açıqlamasını ölümcül səhv adlandırdı
"O vaxtki ən pis razılaşma indi əldə edəcəyimizdən daha yaxşı olacaqdı",- Tramp deyib.

Bundan əlavə, ABŞ-nin keçmiş prezidenti Ukraynanı “məhv edilmiş ölkə” adlandırıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Tramp  





Xəbər lenti