Kreml Trampın qalmaqallı bəyanatını şərh edib

   Kreml Trampın    qalmaqallı bəyanatını    şərh edib
  01 Noyabr 2024    Oxunub:1033
ABŞ prezidentliyinə namizəd Donald Trampın “Şimal axını-2”qaz kəmərini əslində onun məhv etdiyi barədə açıqlaması “həddən artıq emosionaldır” və “seçkiqabağı hərarətlə” bağldıır.
AzVision.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Şimal axını-2” qaz kəmərinin partladsılmasında Donlad Trampın öz rolunu qabartmasına belə münasibət bildirib.

“ABŞ-da seçki yarışı finiş xəttinə yaxınlaşır. Belə deyək, görürük ki, bu seçki yarışının bir çox elementləri bizim anlayışımıza tam uyğun gəlmir. Çox şey həddindən artıq ekstravaqantdır, çox emosionaldır. Namizədlərin bir-birini təhqir etdiyini eşidirik. Bu, bizim siyasi mədəniyyətimizə tam uyğun gəlmir, daha doğrusu, heç də uyğun gəlmir. Yəqin ki, bu seçki yarışının hərarətli vaxtında sizin xatırlatdığınız açıqlamaları da eşidirik”, - Dmitri Peskov jurnalistin bu məsələ ilə bağlı sualına cavab verib.

Eyni zamanda, Peskov xatırladıb ki, Trampın səylərinə baxmayaraq, “Şimal axını-2” tamamlanıb və onun sağ qalan qolu istənilən vaxt işə salınmağa hazırdır. Ona görə, də Trampın burada nə demək istədiyini dəqiq təxmin etmək çətindir.

"Mənə Rusiyanın dostu deyənlər xəstədirlər!" - Tramp
Xatırladaй ki, ABŞ-nin sabiq prezidenti və hazırda respublikaçıların prezidentliyə namizədi Donald Tramp məşhur amerikalı telejurnalist və aparıcı Taker Karlsona verdiyi müsahibədə onu Rusiyanın dostu adlandıran adamalrın xəstə olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Peskov  





Xəbər lenti